Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bildirib.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
O, seçkilərdə iştirak edəcəyini Dövlət Dumasında mətbuata açıqlamasında bəyan edib. Eyni zamanda, siyasətçi son qərarı dekabrın sonunda Rusiya Federasiyası Kommunist Partiyasının Mərkəzi Komitəsində verəcəyini vurğulayıb.
Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putin hələ seçkilərdə iştirakla bağlı qərar verməyib.
Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib. Seçkiqabağı kampaniyanın 2023-cü ilin dekabrında başlanacağı gözlənilir. Bundan əvvəldə Rusiya Dövlət Dumasının Sağ Qüvvələr İttifaqından keçmiş deputatı Boris Nadejdin “Vətəndaş Təşəbbüsü” partiyasından prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlamışdı.
O da Rusiya prezident seçkilərinə namizəd oldu OLDU
28
noyabr
13:22

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat