93 yaşlı aktrisa Frensis Sternhaqen vəfat edib.
Xarici KİV xəbər verir ki, "Sex and the City" serialının aktrisasının ölüm xəbərini oğlu Con Karlin İnstaqram hesabında yayıb.
"Bu qədər varlı və təvazökar həyat yaşayan bir qadının həyatının son pərdəsi endirlidi" - deyə Caon vurğulayıb.
Aktrisanın təbii səbəbdən vəfat etdiyi açıqlanıb.
Xatırladaq ki, Frensis Sternhaqen 1930-cu ildə Vaşinqtonda dünyaya gəlib.
O, 1974-cü ildə "The Good Doctor" filmindəki roluna görə "Ən yaxşıq adın aktrisa" kateqoriyasında 4 dəfə "Tony" mükafatlarına namizəd olub.
2002-ci ildə verdiyi müahibəsində Frensis çəkildiyi serial və filmlərdə aktrisa kimi sevildiyini bildirərək çox şanslı olduğunu dilə gətirib. O aktrisalıq fəaliyyəti ilə yanaşı bir çox gənc istedadların yetişməsində də mühüm rol oynayıb. 



 
скачать dle 12.1