2024-cü ildə Ukrayna müxtəlif növ silahların istehsalını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.
Bunu Ukraynanın müdafiə nazirinin müavini, general-leytenant İvan Qavrilyuk deyib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri üçün raketlər və sursatlar prioritet olacaq: “Hərbi istehsalın həcmini bir neçə dəfə artırmaq lazımdır. İlk növbədə, bizim geniş spektrli hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var”.
Nazir müavini deyib ki, Ukraynanın 2024-cü il üçün təsdiq edilmiş dövlət büdcəsində raket və sursatların alınması üçün təxminən 175 milyard qrivna ayrılıb: “Bu, bizə adekvat müqavimət göstərməyə imkan verəcək”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.
Ukrayna müxtəlif növ silahların istehsalını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
01
dekabr
15:17

Qarabağ
KOMMENTLƏR
Sergey Şoyqu: “Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin imkanlarını azaldır”
Zelenski ordunun əks-hücum əməliyyatlarından narazıdır
Ukrayna rəsmisi: "Hava qalxanı”nı F-16 qırıcıları daxil olmaqla gücləndirmək istəyirik"
"Rusiya Ukrayna ərazisinə kütləvi raket hücumu edə bilər" - Podolyak
Rusiya Ukraynanın itkilərini AÇIQLADI
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat