Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadəsinin detalları bəlli olub.
Ermənistanın Adekvad Partiyasının liderlərindən biri olan Artur Daniyelyan “İsgəndər”dən istifadənin görüntülərini yayıb. O, Ermənistanın bu raketlərlə Şuşanın noyabrın 7-si, səhər 9:00-da vurulduğunu bildirib.
Qeyd edək ki, bundan öncə Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş inspektoru Movses Akopyan Ermənistanın Azərbaycana qarşı “İsgəndər”lərdən istifadəsini təsdiqləsə də, bunu hansı istiqamətdə və nə zaman etdiyini açıqlamamışdı.
Bir müddət öncə separatçıların lideri Araik Arutyunyan ermənilərin Şuşa şəhərinə nəzarəti noyabrın 7-də tam itirdiyini etiraf etmişdi.
Ermənistana İsgəndər-E raketləri Rusiya tərəfindən aprel savaşından sonra verilib. Bu raketlərin İsgəndər M-dən yeganə fərqi onun cəmi 280 kilometr məsafədəki hədəfləri məhv edə bilməsidir.
İsgəndər-E də İsgəndər-M kimi nüvə başlığı daşımağa qadirdir. /Axar.az
Ermənilər “İsgəndər”lə bu şəhərimizi vurub– Şok video
23
noyabr
19:24

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat