Rusiya müharibə zamanı Ermənistana bütün lazımi silahları və hətta daha artığını göndərib.
Bu barədə noyabrın 19-da Yerevanda keçirilən mətbuat konfransında keçmiş Baş Qərargah rəisi, general-polkovnik Movses Akopyan bildirib. “Müharibənin ilk günündən, hələ Ermənistanın dövlət başçısı Rusiya prezidenti ilə telefonla əlaqə saxlamamışdan əvvəl Rusiya Ermənistana bizim xəyal belə edə bilmədiyimiz silahları göndərib”, deyə Akopyan əlavə edib.
Onun sözlərinə görə, Rusiya bu münaqişədə özünü Ermənistana əsl dost dövlət kimi aparıb, baxmayaraq ki, Ermənistan rəhbərliyi özünü çox da layiqli şəkildə aparmayıb.
Xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə Ermənistana qanunsuz silah göndərildiyini bəyan edib, açıq şəkildə Rusiyanı münaqişədə Ermənistana birtərəfli dəstək göstərməkdə ittiham edib. Xüsusən, o bildirib ki, Rusiyadan Ermənistana onlarla aviareys həyata keçirilib, bu reyslərlə Ermənistana yüz tonlarla müxtəlif silahlar göndərilib.
RF prezidenti Vladimir Putin özü də noyabrın 17-də Rusiya televiziyasına müsahibəsində müharibə günləri Ermənistana hərbi dəstək göstərildiyini etiraf edib.
Onun sözlərinə görə, müharibə dövründə Rusiya Ermənistanla hərbi və hərbi-texniki əməkdaşlıq çərçivəsindəki öhdəliklərini tam şəkildə yerinə yetirib.
“Rusiya Ermənistanın xəyal belə edə bilmədiyi silahlar göndərib”
20
noyabr
09:43

Qarabağ
KOMMENTLƏR
Üç gün ərzində Ermənistana gələn sülhməramlıların sayı açıqlandı - VİDEO
“Sülhməramlılar 300 kilometr məsafə qət ediblər” - VİDEO
“Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?” - Azərbaycan Prezidenti
Rusiyanın Ermənistana yeni silahlar göndərdiyi TƏSDİQLƏNDİ
Rusiya Ermənistana əlavə Su-30CM verməyə hazırlaşır
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat