Rusiyanın AVİA.PRO saytında Qarabağ savaşında ermənilərin atdığı "İsgəndər” raketinin hədəfdən yayınması barədə maraqlı yazı gedib.
Sfera.az-ın sayta istinadən verdiyi məlumata görə, hərbi əməliyyatların gedişində ermənilərin atdığı "İsgəndər” raketi hədəfdən yayınıb.
Belə ki, Rusiya istehsalı olan raketin hədəfi dəqiq vuran silah olduğu barədə verilən məlumatlarla reallıq üst-üstə düşməyib. Məlum olub ki, erməni hərbçilərinin raket zərbəsi hədəfdən yayınıb, özü də 6 km civarında...
Mətbuatın yazdığına görə, həmin raketlə ermənilər Gəncə aeroportundakı hədəfi vurmalı idilər. Lakin raket hədəfdən yayınaraq, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzinə düşüb.
"Strateji və Texnoloji Analiz Mərkəzinin rəhbəri Ruslan Puxov ermənilərin Dağlıq Qarabağ münaqişəsinin gedişində "İsgəndər” raketilə yaşayış məskəninə "zərbə” vurmasını belə dəyərləndirib.
Onun bu fikirləri "Sputnik Blijneye zarubejye” teleqram kanalında dərc edilib. Ekspertin sözlərinə görə, "İsgəndər” raketləri daha çox çəkindirici vasitə olaraq alınıb. Ancaq bu raketlər sapmalara da məruz qalır:
"Ehtimal ki, bu raketlə ermənilər Gəncədəki hərbi aerodroma zərbə vurmaq istəyiblər. Ancaq raket yaşayış binasına düşüb", - deyə mütəxəsis bildirib.
Lenta.ru da ekspertin fikirlərini dərc edib. Ekspert raketin 6 km. hədəfdən yayınmasını "çox gülməli” adlandırıb.
"Dəqiq hədəfi vuran bir silahın hədəfdən 6 km kənara düşməsi, sadəcə dəhşətdir. Bu halda həmin silahın efektivliyi barədə ümumiyyətlə danışmaq olmaz" , - deyə R.Puxov bildirib.
Qeyd edək ki, Rusiya mediasında dərc edilən bu cür məlumatlar ilk növbədə erməniləri hədəf almış kimi görünsə də, əslində düşmənin Azərbaycanın mülki əhalisini hədəf alan hücumlarına "don geyindirmək" məqsədilə də yazılmış ola bilər.
Ermənilərin “İsgəndər" biabırçılığı: - Atdıqları raket hədəfdən 6 kilometr yayınıbmış
24
noyabr
19:36

Qarabağ
KOMMENTLƏR
"Qala Sığorta" işi dövlətin boynuna yıxmaq istəyir? - Çəkişmə...
Ermənilər “İsgəndər”lə bu şəhərimizi vurub– Şok video
"Ermənistan "İsgəndər"dən istifadə edib" deyən generala cinayət işi açıldı
Erməni general döyüşdə “İsgəndər”dən istifadə etdiklərini açıqladı
“QALA” sığortadan UTANCVERİCİ ADDIM - Ermənilərin raketlə vurduğu ev sığortalansa da...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat