İranda xarici xüsusi xidmət orqanlarına, o cümlədən İsrailin "Mossad" kəşfiyyat orqanına casusluğa görə mühakimə olunmuş şəxs barəsində çıxarılan ölüm hökmü icra olunub.
“Report” İSNA-ya istinadən xəbər verir ki, edam hökmü dekabrın 16-da səhər saatlarında icra olunub.
Bildirilib ki, İranın Sistan-Bəlucistan əyalətinin məhkəməsi onu xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə edama məhkum etmişdi. İranın Ali Məhkəməsi hökmü təsdiqləyib
Məlumata görə, İsrailin "casusu" adlandırılaraq edam edilən şəxs bəluc etnik qrupunun nümayəndəsidir.
Qeyd edək ki, dekabrın 14-də bu əyalətdə silahlı dəstə təhlükəsizlik qüvvələrinin qərargahına hücum edib. Hadisə nəticəsində 12 polis ölüb, 7-si yaralanıb.
Müşahidəçilərin fikrincə, bu hadisədən sonra edam hökmünün icrası Sistan-Bəlucistan əhalisinə təhdid kimi qiymətləndirilir.
İranda İsrailə casusluq etməkdə təqsirləndirilən şəxs edam olunub
16
dekabr
11:53

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat