Rusiyada seçicilər qrupu Vladimir Putinin prezident seçkilərində müstəqil namizədliyini dəstəkləyib.

Dekabrın 16-da Moskvada seçicilər qrupunun yığıncağı keçirilib. Seçicilər 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində Vladimir Putinin müstəqil namizəd kimi irəli sürülməsini dəstəkləyib.

Yığıncaqda V.Putinə dəstək qrupunun və səlahiyyətli qrupların yaradıldığı elan olunub.

Səlahiyyətli qruplara O.Y.Kutafin adına Moskva Dövlət Hüquq Universitetinin rektoru Viktor Blajeyev, hüquqşünaslar İnna Yerşova, Sergey Kostenko və Albina Hacıyeva daxildir.

Yığıncaqdan sonra seçicilər qrupu Rusiya Mərkəzi Seçki Komissiyasına müstəqil namizəd Vladimir Putinin qeydiyyatı üçün müraciət edəcək.

Qeyd edək ki, Vladimir Putin Rusiya prezidentliyinə namizədliyini beşinci dəfədir irəli sürür. O, ilk dəfə 2000-ci ildə ölkənin ali dövlət postuna seçilib, 2004 və 2018-ci illərdə müstəqil namizəd, 2012-ci ildə “Yedinaya Rossiya” Partiyasından namizəd kimi seçkilərdə iştirak edib.

Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 15-dən 17-dək keçiriləcək.

скачать dle 12.1