Gürcüstanın Azərbaycan-Ermənistan sülh təşəbbüsü konkret nəticələr verib.
Bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili 2023-cü il üzrə hesabatını təqdim edərkən deyib. O, qeyd edib ki, Gürcüstan hökuməti regiondakı tərəfdaşları olan Azərbaycan, Ermənistan və Türkiyə ilə sıx dostluq münasibətləri saxlayır.
“Biz şübhəsiz ki, regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olunmasında maraqlıyıq. Gürcüstan bu məqsədə çatılmasına mühüm töhfələr verir. Bir müddət əvvəl Azərbaycanın Baş naziri və Ermənistanın Baş naziri Gürcüstanda idi və bizim üçtərəfli görüş keçirmək üçün unikal imkanımız oldu. Düşünürəm ki, bu, bizim nail olduğumuz maraqlı bir presedent idi”, - Baş nazir deyib.
Qaribaşvili qonşu ölkələr arasında intensiv səfərlərin edildiyini xatırladıb.
“Mən bir neçə dəfə Azərbaycanda olmuşam, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Gürcüstanda səfərdə olub. Təbii ki, biz Türkiyə ilə də yüksək səviyyəli strateji tərəfdaşlığı və əməkdaşlığı davam etdiririk”, - Baş nazir deyib.
Qaribaşvili: Gürcüstanın Azərbaycan-Ermənistan sülh təşəbbüsü konkret nəticələr verib
18
dekabr
18:13

Qarabağ
KOMMENTLƏR
"Gürcüstan regionda sülh prosesini dəstəkləməyə hazırdır" - Qaribaşvili
Azərbaycan və Ermənistan baş nazirləri Gürcüstanda görüşüblər - YENİLƏNİB
"Bakı ilə İrəvan arasında sülh danışıqları regionun maraqlarına uyğundur" - Qaribaşvili
Paşinyan Qaribaşvili ilə görüşdü - YENİLƏNİB
Qaribaşvili Mirzoyanla sülh təşəbbüsünü müzakirə ETDİ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat