Qazaxıstandan Çin və Rusiyaya uran tədarükü son aylarda rekord qırıb.
Bu ilin ilk 10 ayı ərzində Qazaxıstanda emal olunmuş uranın ixracından əldə olunan vəsait 2,46 milyard dollar təşkil edib.
Statistikaya əsasən, bu rəqəm, ötən illə müqayisədə üç dəfə çoxdur. Analitiklər hesab edir ki, bu tendensiya 2015-ci ildən bəri ilk dəfə özünün ən pik həddinə çatıb.
Qeyd edək ki, Qazaxıstandan Rusiya Federasiyasına ixrac edilən uranın həcmində də ciddi artım var. Belə ki, son 10 ay ərzində uranın ixracından əldə olunan gəlir təxminən 1,2 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 72% çoxdur.скачать dle 12.1