Vyetnamda cari ilin ilk on ayı ərzində düyü və meyvə-tərəvəz ixracında rekord artım qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Vyetnam Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, yanvar-oktyabr ayları ərzində meyvə-tərəvəz və düyü ixracından ölkənin əldə etdiyi gəlir 8,9 milyard dollara çatıb ki, bu da 2022-ci ildə qeydə alınandan göstəricidən 2 milyard dollar çoxdur. Ölkədə yetişdirilən meyvə-tərəvəz məhsullarının xaricə tədarükü 4,92 milyard dollar, düyü tədarükü isə 4 milyard dollar təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 79 faiz və 35 faiz çoxdur.
Qeyd edək ki, aqrar-sənaye məhsulları Vyetnamın əsas ixrac istiqamətlərdən biridir. Onların arasında düyü, qəhvə, çay, ədviyyat və dəniz məhsulları üstünlük təşkil edir. Ölkə uzun müddətdir ki, dünya bazarında qara istiotun əsas ixracatçısıdır. Vyetnam, həmçinin qəhvə ixracına görə Braziliyadan sonra ikinci, düyü ixracına görə isə Hindistan və Çindən sonra üçüncü yeri tutur.
 
скачать dle 12.1