Ermənistanda növbədənkənar seçkilərlə bağlı fikirlər cəfəngiyyatdır.

Bunu bu gün Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Simonyan qeyd edib ki, hakim partiyanın tez-tez toplaşması növbədənkənar seçkilərin keçirilməsi demək deyil.

O qeyd edib ki. “Vətəndaş müqaviləsi”nin toplantılarının intensivləşməsi partiyanın işləməsi deməkdir.

Spiker burada növbədənkənar seçkilər üçün qəti şəkildə heç bir səbəb görmədiyini əlavə edib.скачать dle 12.1