Dekabrın 18-dən FOX TV-də yayımlanan “Qırmızı qöncələr” serialı böyük səs-küy qoparıb. Serialda Özcan Deniz və Özgü Namal baş rolları paylaşırlar.
Serialda sekulyar Atatürkçü Levent (Özcan Deniz) və məzhəb kölgəsi altında gənc yaşda evlənən Meryemin (Özgü Namal) hekayəsindən bəhs edilir.
Serial ekranlara çıxdığı gündən bəzi dairələrin reaksiyası ilə üzləşib. Hətta reklam lövhələrindən asılan serialın afişalarının üzərini qara rəngli boya ilə rəngləyib görünməz ediblər.
RTÜK (telekanallara nəzarət şurası) serialla bağlı şikayətlərin olduğunu bildirib və “Qırmızı qönçələr'ın araşdırdığını açıqlayıb. Bəziləri filmin yayımdan qaldırılacağını iddia edir.
Özcan Deniz bu serialın cəmiyyətin müxtəlif kəsimləri arasındakı təzadları göstərdiyini, baş verənlərin xəyal məhsulu olmadığını, həqiqətən türk toplumunda bu qaydalarla yaşayan ailələr olduğunu vurğulayaraq, həqiqətin göstərilməsinin niyə bu qədər qıcıq doğurduğunu anlamadığını deyib.
“Qırmızı qönçələr” dünən axşam ikinci bölümü ilə ekranlara gəldi. Serialın müxtəlif səhnələri sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Məşhur serial bağlanır? - Özcan Dəniz Türkiyə cəmiyyətini parçaladı
26
dekabr
14:54

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat