Karyerasında son olaraq "Qalatasaray"ı çalışdıran baş məşqçi Fatih Terim təxminən 2 ildən sonra yaşıl meydanlara qayıdıb.
Yunanıstan Superliqa komandalarından olan "Panatinaikos"la anlaşan Terim bu gün yeni klubunda işə başlayacaq.
"Qalatasaray" klubu və Türkiyə yığmasının əfsanəvi məşqçisi Fatih Terimin "Panatinaikos"la anlaşması Yunanıstanda da böyük əks-səda yaradıb.
Yerli mətbuat Terimlə bağlı bunları yazıb: "Rəhbərliyin qərarı məntiqli deyil, amma Terim böyük simadır. Hər məşqçi kimi, o da komandada gördüyü işlərlə qiymətləndiriləcək. Klubu çempion etsə, hər şey unudulacaq. Qalib olmasa, sadəcə damğa vurmuş olacaq" .
Qeyd edək ki, lubdan verilən açıqlamada "Xoş gəldin İmperator Fatih Terim" sözləri işlədilib. Terim sosial media hesabından klubun paylaşımına cavab olaraq "Salam Panathinaikos",-deyə yazıb.
Xatırladaq ki, 13 ildir çempionluğa həsrət qalan "yaşıl-ağlar" Yunanıstan Liqasında 34 xalla ikinci pillədə qərarlaşıb. PAOK 35 xalla liderdir.
Yunanıstan mətbuatı çalxalanır: "Fatih Terim klubu çempion etməsə..."
27
dekabr
12:08

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat