Britaniya sakini oğlunu Milad bayramında sevindirmək üçün aldığı velosiped partlayıb.

Xarici KİV xəbər verir ki, Lancasterdən olan Endryu Biton oğluna aldığı elektron velosipedinin batareyasını zaryetkaya qoyanda partlayıb. 

Hadisə nəticəsində evini yanmasından sonra hər şeyini itirib və içəridəkiləri çətinliklə xilas edə bilib. 60 yaşlı ata 12 yaşlı oğlu Endi üçün aldığı velosipedin gecə yarısı partlaması nəticəsində yanıb və evi alovlandırıb. O, oğluna Milad hədiyyəsi üçün təhlükəsiz olduğunu düşündüyü online mağazadan velosiped alıb.
Lakin axşam saatlarında velosipedin batareyası pilləkənlərdə şarj edərkən “qumbara kimi” partlayıb. Pilləkən yanıb və ailə üzvləri həyatlarını çətinliklə qurtarıb. Endryunun sözlərinə görə, yanğından aldığı travma keçmir. 
Kişi onlayn hədiyyə alarkən hər kəsi diqqətli olmağa çağırır. O, təhlükəsiz bir məhsul aldığını düşünsə də, bunun saatlı bomba olduğu ortaya çıxıb. O, həmçinin ailənizi riskə atmamaq üçün nüfuzlu satıcılardan almağı tövsiyə edir.

скачать dle 12.1