“Möhtəşəm Yüzyıl” serialında "Hürrəm Sultan" obrazı ilə tanınan türkiyəli aktrisa Meryem Üzerli qızına rus cizgi filmi “Maşa və Ayı” üslubunda ad günü şənliyi təşkil edib. O bu barədə fotoları instaqramda paylaşıb. Aktrisa Maşa kimi geyinib və bütün otağı cizgi filmi topları və təmtəraqlı oyuncaqlarla bəzəyib. "Ad günün mübarək sevgilim! Hamımız sizi çox sevirik!” - Üzərli yazıb.