Almaniya hökuməti Səudiyyə Ərəbistanına 150 ədəd IRIS-T hava-hava raketinin ixracına icazə verib.
DP xəbər verir ki, bu barədə Almaniya hökumət sözçüsü Steffen Seibert bugün mətbuat konfransında deyib.
"Spiegel" xəbər jurnalının verdiyi xəbərə görə, bu məsələ ilə tanış olan təhlükəsizlik mənbəsi isə bildirib ki, dekabr ayında Almaniyanın Federal Təhlükəsizlik Şurası ixraca icazə verib.
Almaniyanın silah istehsalçısı "Diehl" tərəfindən istehsal olunan IRIS-T raketləri Səudiyyə Ərəbistanının "Eurofighter" təyyarələri tərəfindən istifadə olunur.
Hələ çatdırılması gözlənilən yeni partiyanın Səudiyyə Ərəbistanının son illərdə tükənmiş ehtiyatlarını doldurmaq üçün nəzərdə tutulduğunu deyən mənbə bildirib ki, bu raketlər son vaxtlar husilərin nəzarətində olan Yəməndən atılan pilotsuz təyyarələrini vurmaq üçün də istifadə olunub.
Xatırladaq ki, Səudiyyəli jurnalist Camal Qaşıqçının 2018-ci ildə öldürülməsindən sonra Krallığa silah ixracı qadağan edilib.
Almaniya Səudiyyə Ərəbistanına silah tədarükünü bərpa edir
10
yanvar
17:41

Qarabağ
KOMMENTLƏR
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar