Qlobal arenada mövqeyini qoruyub saxlamaq üçün qarşıdakı illərdə ABŞ çox ciddi cəhdlər etməlidir. Artıq ABŞ müasir dövrün qarşıdakı çağırışlarına təkbaşına cavab verə bilmir.

Bu fikirlərə “The National Interest” jurnalında dərc olunan məqalədə yer verilib. Məqalənin müəllifi qeyd edir ki, hazırda ABŞ-ın qlobal güc olmadığı müşahidə olunur.

“Ukrayna və Yaxın Şərqdə baş verən hərbi əməliyyatlar, ABŞ ordusunun biabırçı şəkildə İraq və Əfqanıstandan qaçması onu deməyə əsas verir ki, Vaşınqton artıq yaxın müttəfiqlərini də müdafiə edə bilmir. Suriyada, İraqda ciddi uğursuzluğa düçar oldu. ABŞ Rusiyanı Ukraynaya hücum etdiyi üçün cəzalandırmaq istədi və bu istiqamətdə iqtisadi, siyasi və diplomatik cəhdlər göstərdi. Lakin heç nəyə nail ola bilmədi. Hərbi əməliyyatlar Rusiyanın üstünlüyü ilə davam edir. Rusiya və İranın geosiyasi ambisiyalarının qarşısını ala bilməyən ABŞ Çinə öz zəifliyini göstərib”, - deyə məlqa

Məqalədə qeyd olunur ki, baş verən regional və qlobal böhranları ABŞ yalnız öz maraqları çərçivəsində həll etməyə çalışır ki, bu da heç bir nəticə vermir. Münaqişələr dövlətlərin milli maraqlarını da nəzərə almaqla həll edilməlidir: “Bu və digər səbəblərə görə ABŞ-ın dünyadakı hegemonluğu yetərincə zəifləyib və əvvəlki kimi hiss olunmur”.скачать dle 12.1