Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrikanın Qəzzada müharibə aparmasına görə, İsrailə qarşı qaldırdığı “soyqırımı” iddiasına baxmağa başlayıb.
İş üzrə İsrail Holokostdan sonra qəbul edilmiş 1948-ci il Soyqırımı Konvensiyasını pozmaqda ittiham edilir.
“Fələstində zorakılıq və dağıntılar oktyabrın 7-də başlamayıb, onlar son 76 ildir zorakılıq yaşayırlar. İsrail Qəzza zolağında quru keçidlərinə və mülki infrastruktura nəzarət edir. İsrailin bir neçə girişə nəzarət etdiyi Qəzzaya giriş və çıxış qəti qadağandır. Beynəlxalq hüquqa görə Qəzza hələ də işğal olunmuş sayılır. Cənubi Afrika 7 oktyabr 2023-cü ildə HAMAS-ın mülki şəxslərə hücumunu və onları girov götürməsini birtərəfli olaraq pisləyib. Lakin nə qədər ciddi olursa-olsun, heç bir hücum konvensiyanın pozulmasına bəraət qazandıra bilməz. İsrail bu xətti keçib və Konvensiyanı pozub”, - deyə CAR-ın ədliyyə naziri Ronald Ramola bildirib.
İsrail hökumətinin nümayəndəsi Eilon Levy məhkəmə işini antisemitik adlandırıb və Pretoriyanın HAMAs üçün siyasi və hüquqi çətir yaratmağa çalışdığını deyib. Cənubi Afrika Prezidenti Siril Ramaposa qeyd edib ki, ölkənin Qəzza ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edilməsinin əsas motivasiyası CAR-ın özünün aparteid tarixidir.
“Reuters“in məlumatına görə, İsrailin Qəzzanı bombardman etməsi nəticəsində 23 min nəfər həlak olub, 2,3 milyon fələstinli evindən didərgin düşüb. Blokadanın qida, yanacaq, dərman tədarükünü kəskin şəkildə məhdudlaşdırdığı, BMT-nin bu vəziyyəti humanitar fəlakət adlandırdığı qeyd edilib.
Haaqa Məhkəməsi Cənubi Afrikanın İsrailə qarşı “soyqırımı” iddiasına baxmağa başlayıb
11
yanvar
15:52

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər