Türkiyədə qəribə hadisə yaşanıb.
Türkiyə KİV xəbər verir ki, Bakırköy ərazisindəki kafelərdən birində dava düşüb.
Buna səbəb kafedə çalışan baristanın ora gələn müştərilərdən birinin sevgilisinin kofesinə gülüş işarəsi qoyması olub. Bundan əsəbiləşən adam baristaya hücum edib. O ona dəfələrlə yumruq vuraraq yerə yıxıb.
Daha sonra isə yerdə yumruqlamağa başlayıb. Müştərilərin müdaxiləsi ilə barista həmin adamın əlindən alınıb.
Adamın baristanı döydüyü anlar təhlükəsizlik kameraları tərəfindən görüntülənib. Dava edən tərəflərin bir-birini şikayət etmədikləri bildirilib. 

VİDEO
скачать dle 12.1