Türkiyədə İstanbulun Esenyurt rayonunda toy etmək istəyən şəxslərlər polis arasında dava düşüb.
Türkiyə mətbuatı xəbər verir ki, buna bir qrup şəxsin Fatih məhəlləsində küçəni bağlayaraq toy etmək istəməsi səbəb olub.
Həmin ərazidə yaşayan sakinlər küçəni bağlayaraq toy etmək istəyənlərilə bağlı polisə şikayət ediblər. Hadisə yerinə gələn polis əməkdaşları küçənin bağlanaraq toy edilməsinin yolverilməz olduğu ilə bağlı xəbərdarlıq ediblər. Xəbərdarlıqlara məhəl qoymayanlar polis əməkdaşları ilə mübahisə etməyə başlayıblar. Bir müddət sonra mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı qruplaşmanın 2 üzvü polisə yumruq zərbələri endirib. Polis bibər qazından istifadə edərək havaya xəbərdarlıq atəşi açıb.
Əraziyə əlavə polis qüvvələri cəlb edildikdən sonra ara sakitləşib.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Küçəni bağlayıb toy etmək istədilər - polis atəş açdı (VİDEO)
29
may
13:01

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat