Məşhur aktrisa Özgü Namal sevgilisi Mehmet Ferman Doğandan ayrılıb.
Türkiyə KİV xəbər verir ki, turizm sahəsində çalışan Mehmetlə eşq yaşayan Özgü onunla həyat yolunu ayırıb.
Cütlük 6 aydır münasibətini mətbuatdan gizlin, gözlərdən uzaq şəkildə yaşayırdı.

Özgüdən ayrılan Mehmet sosial şəbəkə hesabında bunları yazıb:
"Salamat qal, iki gözüm. Allah sənə hər zaman kömək olsun!".

Qeyd edək ki, Özgü Namal 2014-cü ildə həkim Ahmet Serdar Oral ilə evlənib. Oral 2020-ci ildə ürəktutmasından vəfat edib.

Özgü Namal uzun müddətdən sonra "Kızıl Goncalar" serialı ilə ekranlara qayıdıb. Yayılan məlumatlara görə aktrisa ekran işindən hər bölüm üçün 53 000 AZN qazanır. Serialda Özgünün tərəf müqabili müğənni Özcan Denizdir. 



 
скачать dle 12.1