Qarabağda atəşkəsi təmin edən 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından sonra etiraz aksiyalarına başlayaraq Ermənistanın Milli Məclis və hökumət binalarına zorla daxil olanların aqibəti bəlli olub.
Publika.az xəbər verir ki, iğtişaşlar və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə dair ictimai çağırışlar törətməkdə şübhəli bilinən 18 nəfər həbs edilib, daha 32 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, iğtişaşlarda iştirak edənlər ölkənin ikinci prezidenti Robert Köçəryanın tərəfdarları, Daşnaksütyun partiyasının üzvləri, alternativ ictimai təşkilatının üzvləri, Ermənistan Respublika Partiyasının tərəfdarları, keçmiş deputatların köməkçiləri olub.
Onlar Ermənistan Cinayət Məcəlləsinin 225-ci maddəsi (zorakılıq, kütləvi hadisələr, yandırma, əmlakın dağıdılması və ya zədələnməsi ilə müşayiət olunan kütləvi iğtişaşların təşkili və törədilməsi, kütləvi iğtişaşlar zamanı hökumət nümayəndəsinin qanuni tələblərinə ciddi şəkildə tabe olmama), maddə 301 (Ermənistanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışlar), 301.1-ci maddənin 1-ci hissəsi (Prezidentə, Milli Məclisə, hökumətə və ya Konstitusiya Məhkəməsinə qarşı zorakılıq təhdidi) ilə ittiham olunur. İğtişaşlarda iştirak edən 250 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Bildirilib ki, qiyam iştirakçılarının böyük əksəriyyəti məcburi hərbi xidmət keçməyib və 2020-ci ildə Qarabağdakı döyüş əməliyyatlarında iştirak etməyib.
Paşinyan onlarla vətəndaşı həbs etdirdi - Ermənistanda qalmaqal bitmir
02
dekabr
12:14

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat