“Laçın rayonunun qaytarılması ilə tarixi Azərbaycan torpaqlarının azad olunması proqramının bütövlükdə yerinə yetirildiyini qəti söyləmək olar. Prezident İlham Əliyev demişkən, indi nəinki düşmənin dağıtdıqlarını bərpa etmək, həm də bu əraziləri tamamilə yenidən qurmaq, abadlaşdırmaq, məcburi köçkünləri doğma yurd-yuvalarına qaytarmaq lazımdır”.
Bunu israilli ekspert Yuriy Boçarov deyib.
“Otuzillik işğal və talançılıq azmış kimi, son günlər erməni ekstremistləri əsl xislətlərini göstərərək Azərbaycanın azad olunan bölgələrini tərk etməzdən əvvəl evləri yandırdılar, əkinləri məhv etdilər, ağacları, meşələri qırdılar. Ümidvaram ki, Ermənistan işğal etdiyi torpaqlarda törətdiyi bütün cinayətlərə görə cavab verəcək. Lakin bu, sonranın məsələsidir, indi isə respublika qarşısında nəhəng vəzifələr durur. Deyə bilərik ki, burada əsrin quruculuq işləri başlayır və bu yerlər gülüstana, laləzara çevriləcək”.
Ekspertin fikrincə, Azərbaycan ordusunun möhtəşəm qələbələri ilə əldə olunmuş 10 noyabr üçtərəfli razılaşması əslində qalib tərəfin iradəsini əks etdirir, Ermənistanın isə tam təslim sənədidir:
“Şuşa azad olunduqda Ermənistan ordusu tamamilə məhv olma həddinə gəlmişdi. Bir neçə günə Azərbaycan ordusu işğal olunmuş torpaqların qalan hissəsini də azad edəcəkdi. Odur ki, Rusiyanın təşəbbüsü olan bu razılaşma əslində minlərlə erməni əsgərini ölümdən, Ermənistanı isə daha böyük məğlubiyyət və rüsvayçılıqdan xilas etdi”. (Report)
“Ermənistan törətdiyi bütün cinayətlərə görə cavab verəcək” - İsrailli ekspert
03
dekabr
13:39

Qarabağ
KOMMENTLƏR
Ermənistan taxıl istehsalının yarısını bizim torpaqlarımızdan götürürdü
Moldovalı ombudsman: “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” - Video
“Düşmən bütün hərbi cinayətlərə görə cavab verəcək” - İlham Əliyev - Video
İranın Şuşa təbriki
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat