Ermənistan silahlı qüvvələrinin daha bir əsgəri 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusu qarşısında necə aciz qaldıqlarını etiraf edib.
"Sputnik Armenia” saytına müsahibə verən 20 yaşlı Seyran Soqoyan əsgəri xidməti zamanı tank bölməsinə təyin olunub. Onun sözlərinə görə, erməni əsgərlər ən çox Azərbaycanın Cəbrayıl rayonu ərazisində məhv edilib:
"5 oktyabr tarixində həm canlı qüvvə, həm də hərbi texnika cəhətdən həqiqətən çox itkilərimiz oldu. PUA-lar bir neçə tankımızı vurdu. Daha iki əsgərin yaralandığını gördüm, onları maşına apardım. Bir az sonra, ən yaxın dostum qucağımda öldü. Digər əsgər tankın üstünə çıxanda ona güllə dəydi. Güllə onun onurğa və ağciyərlərini deşdi, boğazından qan axdı. Tankın içərisinə düşdü”.
O, Ermənistan ordusuna məxsus hərbi texnikaların nasaz olduğunu da etiraf edib:
"Döyüş zamanı Azərbaycan ordusuna məxsus tankı nişan aldım, amma atəş aça bilmədim. Tank xarab olmuşdu. Eyni zamanda 10 tanka nəzarət etməyə məcbur idim. Bunlara baxmayaraq güclü hücum qarşısında geri çəkilməyə məcbur olduq”. /Report
“Ən çox itkilərimiz Cəbrayılda oldu” - Erməni əsgərdən etiraf
05
dekabr
10:18

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat