Rusiyalı politoloq və publisist Armen Qasparyan erməni cəmiyyətinin Qarabağda baş verənlərdən hələ tam xəbərdar olmadığını iddia edib.
Bu barədə erməni mətbuatı yazıb.
Politoloq bildirib ki, Ermənistan Azərbaycanla informasiya müharibəsini 2020-ci ilin sentyabrından çox əvvəl - 2018-ci ilin mayında uduzub.
Paşinyanın əsas səhvi və Qarabağdakı məğlubiyyətin səbəbi barədə danışan politoloq hesab edir ki, hakimiyyətə gələn Paşinyan və komandası informasiya təhlükəsizliyi daxil olmaqla "mümkün olan hər şeyi məhv etməyə başlayıblar": "Qarabağdakı müharibə dövründə Ermənistanın yaydığı iki xəbərə qarşı Azərbaycan 8 xəbərlə cavab verib".
Qasparyan günahı tək bir nəfərin üzərinə atmağın təhlükəli olduğunu da bildirib. Onun sözlərinə görə, bu gün müxalifəti təmsil edən və informasiya gündəmini zəbt edən bəzi qüvvələr mövcud vəziyyətə gətirib çıxaran qərarları vaxtilə alqışlayıb:
"İnsanların zəif yaddaşa sahib olduqlarını düşünürlər və onlar böyük səhv edirlər. Bağışlayın, lakin bu cür komponentlərlə müharibə yalnız məğlubiyyətlə nəticələnər. Ümumiyyətlə, mənə elə gəlir ki, Ermənistanda nə baş verdiyini tam anlamırlar. Bu, hərbi məğlubiyyət deyil, milli təhqirdir və bunda çoxları günahkardır. Hazırkı tək günahkar axtarışı 2018-ci ildəki vəziyyətə gətirib çıxaracaq",-deyə Qasparyan əlavə edib.
“Bu, hərbi məğlubiyyət deyil, milli təhqirdir” - Armen Qasparyan
07
dekabr
21:45

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat