Qarabağda gedən müharibə zamanı insanlara xeyli sayda silah-sursat verilməsi döyüşlər bitəndən sonra onların qeyri-qanuni dövriyyəsi təhlükəsini yaradıb.
Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Baş Prokurorluq buna sübut kimi Qarabağdan Ermənistana qanunsuz silah gətirilməsi ilə bağlı çoxsaylı faktları və bu faktlar əsasında başladılmış cinayət işlərini əsas gətirib: “Müharibə bitəndən sonra Ermənistanda baş verən hadisələr, onlarla bağlı olan cinayətlər, o cümlədən ictimai çıxışlarda, habelə dekabrın 5-i Azadlıq meydanındakı çıxışlarda silahların qanunsuz istifədəsi ilə bağlı çağırışlar cinayət riski yaradır”.
Bu kimi hadisələrin vətəndaşların həyatı üçün təhlükə törətdiyi vurğulanıb.
Bununla əlaqədar Ermənistanın Baş Prokuroru Artur Davtyan Milli Təhlükəsizlik Xidməti və Ermənistanın Polis rəisinə məktub yollayaraq təxirəsalınmaz cinayət-axtarış tədbirlərinin həyata keçirilməsini təklif edib. (APA)
Qarabağdan Ermənistana qanunsuz silah gətirilməsi halları artıb
07
dekabr
23:28

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat