"Nikol Paşinyan könüllü olaraq istefa verməli və yeni hökumət formalaşmalıdır. Əks təqdirdə, Ermənistanın gələcəyi çox qaranlıq görünür".
Bu sözləri Ermənistanın Təhlükəsizlik Şurasının keçmiş rəhbəri, səfir David Şahnazaryan deyib.
O bildirib ki, hər şeydən əvvəl Ermənistanın təhlükəsizliyi təmin olunmalıdır. Hazırda ölkədə bütün sahələrdə böhran baş verir. Ordu dağıdılıb, sosial-iqtisadi və siyasi böhranlar getdikcə dərinləşir. Bunlarla yanaşı, cəmiyyətdə psixoloji problem də meydana gəlib. İnsanların sabahkı günə inamı yoxdur.
Ermənistan dövlətçiliyi böyük təhlükə altındadır. Ona görə də yeni hökumət formalaşdırmaq və buraxılan yanlışlıqları düzəltmək lazımdır.
D.Şahnazaryan baş nazir N.Paşinyanı satqın, bacarıqsız və qorxaq adlandırıb. O diqqətə çatdırıb ki, N.Paşinyan istefa verməsə, Ermənistanda qarşıdurma daha da artacaq. (Azərtac)
“Ermənistanın gələcəyi çox qaranlıq görünür“ - David Şahnazaryan
08
dekabr
18:52

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər