Kreml Azərbaycan və Ermənistandan meyvə-tərəvəz idxalına qoyulan qadağaya münasibət bildirib.
Kremlin mətbuat katibi Dmitri Peskov bu məsələnin Kremlə aid olmadığını vurğulayıb.
Onun sözlərinə görə, meyvə-tərəvəzə qadağa qoyulması Kremlin deyil, profil qurumun səlahiyyətində olan məsələdir: “Təbii ki, bütün bunlar Nazirlər Kabineti ilə qarşılıqlı fəaliyyətdə edilir. Bu qərarların qəbul edilməsi ilə bağlı dəqiq kriteriyalar var. Bilirsiniz ki, bu qərarlar viruslarla bağlı pandemiya şəraitində qəbul olunub. Əlbəttə ki, buna xüsusi diqqət yetirilir. Ona görə də, həmin qurumun öz fəaliyyətini Kremllə razılaşdırmaq kimi vəzifəsi yoxdur”. (APA)
Qeyd edək ki, “Rosselxosnozdor” Azərbaycandan pomidor və alma, Ermənistandan isə pomidor və bibər idxalına qadağa qoyub.
Peskov meyvə-tərəvəz idxalına qoyulan qadağaya münasibət bildirib
10
dekabr
22:46

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat