1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti olan Ermənistan Respublikası qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandal münasibət göstərilib, kitabələrin mətni təhrif edilib.
Bunu AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli deyib.
Onun sözlərinə görə, İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan sarayı və Sərdar məscidi məhv edilib. İrəvan yaxınlığındakı Qaraqoyunlu tayfalarından biri olan Saadlu türk tayfasının başçısı Əmir Saadın dəfn edildiyi Pir Hüseyn türbəsi “türkmən abidəsi” kimi qələmə verilib.
Bundan əlavə, Ermənistanın Qarakilsə rayonunun Urud kəndində İslam dininə etiqadın göstəricisi olan abidələrin üzərindəki yazılara əlavə hərflər daxil edilərək tarixi kökləri itirilməyə çalışılıb.
N.Səfərli qeyd edib ki, abidələrin üzərindəki Azərbaycan dilində şeirlər, tarixi həqiqətlər ermənilərin dünyaya car çəkdiyi təhrif olunmuş məlumatların əleyhinə olduğu üçün məhv edilir. (Trend)
İrəvan qalasındakı bütün tarixi abidələr məhv edilib
28
dekabr
16:16

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər