Koronavirusla mübarizə çərçivəsində Çində “Sinovac” vaksini hazırlanıb. Kliniki sınaqlardan uğurla keçən vaksini dünyada 100-dən çox ölkə sifariş verib. Məlumata görə, İndoneziya və Türkiyə indiyədək peyvəndin ən yüksək effektivlik faizini qeydə alan ölkələr olub. İstehsalçı “Sinopharm” şirkətinin açıqlamasına görə, sifarişləri təmin etmək üçün artıq 500 milyon doza vaksin istehsal olunub.
Məsələ ilə bağlı açıqlama verən həkim-professor Adil Qeybulla qeyd edib ki, Azərbaycan daha çox təhlükəsiz vaksinlərin alınmasında maraqlı olmalıdır:
“Çünki ortada genefondun təhlükəsizliyi məsələsi var. Əslində, doğrudan da, Çində kifayət qədər yüksək səviyyəli laboratoriyalar var. Zamanında bu istiqamətdə bir sıra dərmanlar hazırlanıb. O baxımdan vaksini yoxlamaq lazımdır. Əgər həqiqətən, keyfiyyətlidirsə, onu almağa dəyər, vaksindən qorxmaq lazım deyil. Bu zənciri qırmaq, prosesi lokallaşdırıb itkiləri azaltmaq üçün risk qrupuna aid şəxsləri, ilk növbədə tibb personalını vaksinasiya etmək lazımdır”.
Həkim hesab edir ki, vaksinasiya və koronavirusdan sağalan xəstələrlə birgə kollektiv immunitet yaratmağa nail olmaq mümkündür:
“Lakin vaksinasiya hələ pandemiyanın sonu demək deyil. Ondan sonra da insanlar özlərini qorumalıdır. Çünki hələ vaksin olunduqdan 42 gün sonra immunitet formalaşmağa başlayır. Əgər “Sinovac” vaksini kifayət qədər fayda veribsə, lap yaxşı, bizə də onun təhlükəsizliyi lazımdır. O baxımdan düşünürəm ki, istifadəsində problem yoxdur”.
Çindən vaksin almaq olar? - “Qorxmaq lazım deyil“
29
dekabr
12:30

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat