Rusiya qazını Avropaya ixrac edən “Türk axımı” qaz kəmərinin Serbiya qismi istifadəyə verilib.
Qaz kəmərinin istifadəyə verilməsi ilə bağlı Qospocints kəndində keçirilən rəsmi mərasimdə Serbiya Prezidenti Aleksandr Vuçiç, Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko iştirak edib.
A. Vuçiç çıxışında bu kəmərin Serbiya üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Daha sonra kəmər Serbiyanın qaz təchizatı sisteminə qoşulub.
“Türk axımı”nın ikinci qolu Rusiya qazını Cənubi və Cənub-Şərqi Avropaya nəql etmək üçün nəzərdə tutulub. Kəmər Bolqarıstan, Serbiya və Macarıstan ərazisindən keçir. Serbiya ərazisində kəmərin uzunluğu 402 kilometr, ötürücülük qabiliyyəti il ərzində 13,88 milyard kubmetrdir. /APA
Rusiya qazının “Türk axımı” vasitəsi ilə Serbiyaya nəqlinə başlandı
01
yanvar
11:43

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat