Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi zamanı əraziləri tərk edən ermənilərin daha bir cinayəti üzə çıxıb.
Bu günə qədər evləri yandırmaq və meşələrdə ağacları kəsməklə gündəmə gələn qəddar ermənilər həm də Kəlbəcər rayonunda ev heyvanlarına atəş açaraq öldürüblər.
Mənfur ermənilər işğal etdikləri əraziləri tərk etmək məcburiyyətində qalarkən heyvanlara belə rəhm etməməklə nə qədər vandal olduqlarını nümayiş etdiriblər. Sosial şəbəkədə yayılan görüntülərdən məlum olur ki, mal-qaralar ermənilər tərəfindən vəhşicəsinə öldürülüb.
Qeyd edək ki, Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verilib. Noyabrın 25-də isə rayon işğaldan azad olunub.
Məhz Azərbaycan tərəfinin humanistliyindən istifadə edən ermənilər bu müddət ərzində də rayon ərazisində müxtəlif cinayətlər törədiblər. Evlərin yandırılması, meşələrdə ağacların qırılması və heyvanların öldürülməsi bunun bariz nümunəsidir.
10 günük müddət ərzində ermənilərin Kəlbəcərdə məskunlaşdığı bir çox evlər də məhz özləri tərəfindən yağmalanıb. Bunu təsdiq edəcək görüntülər sosial şəbəkədə öz əksini tapıb.
Ermənilərdən misli görünməmiş vandallıq: Kəlbəcərdə ev heyvanlarını güllələdilər - VİDEO
15
yanvar
11:33

Qarabağ
KOMMENTLƏR
“BBC” Laçının son görüntülərini yaydı: Düşmən var-yoxlarını yandırdı- VİDEO
Moldovalı ombudsman: “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” - Video
Kəlbəcəri sonuncu ermənilər də tərk etdi – VİDEO
Kəlbəcəri tərk edən ermənilər ağacları da kəsib aparırlar - FOTO
Ermənilər Kəlbəcərdən ev və meşələri yandırıb çıxırlar - VİDEO
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA