Parlamentin spikeri Ararat Mirzoyan Türkiyə üçün işləyib və ifşa olunduqdan sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətində çalışmağa başlayıb.
Bu iddia ilə Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan çıxış edib. Minasyanın sözlərinə görə, Türkiyənin xüsusi xidmət orqanları Mirzoyanı ABŞ-da qondarma erməni soyqırımı ilə bağlı araşdırma apararkən əməkdaşlığa cəlb edib:
“O, “Erməni soyqırımı muzeyi institutu”nda baş verənlərlə bağlı türklərə məlumat ötürməyə razılaşır. Tezliklə Ermənistan Milli Təhlükəsizlik Xidməti bundan xəbər tutur və ona seçim təklif edir: Ya şöbədə işlə, ya da xəyanət etməyinlə bağlı həbs...”
Beləliklə, “işə alındıqdan” sonra Mirzoyan ikili casus olur. Türklərə verdiyi məlumatları deyir, MTX isə bu və ya digər məlumatları ötürməyə icazə verir. Bununla türk xüsusi xidmət orqanlarının nə ilə maraqlandığını öyrənir”.
Onun iddiasına görə, türklərin təklifi ilə Mirzoyan Nikol Paşinyanla işbirliyinə başlayıb və hakimiyyət dəyişikliyindən sonra baş nazirin birinci müavini, daha sonra spiker olub.
Keçmiş səfirin sözlərinə görə, Nikol Paşinyan həmişə Mirzoyanın casus olduğunu bilib. Və onun vasitəsi ilə Türkiyə ilə əlaqə saxlayır.
Mirzoyanın Ermənistanda Türkiyənin maraqlarını təmsil etdiyini vurğulayan Minasyan əlində onun MTX tərəfindən işə götürülməsi barədə sənəd olduğunu da qeyd edib.
Ermənistan parlamentinin spikeri türk casusu çıxdı - İddia
17
yanvar
09:24

Qarabağ
KOMMENTLƏR
Ermən spiker döyüləndən bir ay sonra üzə çıxdı
Parlament sədrinin döyülməsi haqda sensasion iddia
Sarkisyanın kürəkəni Paşinyana qarşı: “Həmişə yalan danışıb”
O, Paşinyanın kapitulasiya sənədini imzalamasına mane olmaq istəmişdi
Sarkisyanın kürəkəni Paşinyanı təhqir etdi: “Sən və sürün lənətə gələsiniz, Nikol”
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat