Ermənistan banklarının Qarabağdakı şöbələri bağlanır.
Bu haqda işğalçı ölkənin bəzi teleqram-kanalları məlumat yayıb.
“Stepanakertdəki mənbələrimiz “Ameria” və “Ardşinbank”ın Qarabağdakı filiallarının bağlanması barədə məlumat verirlər. Söhbətin yalnız bu bankların filiallarının, yoxsa Qarabağdakı Ermənistan banklarının bütün filiallarının bağlanmasından getməsi hələlik məlum deyil. Əldə etdiyimiz məlumata görə, Rusiyanın "Vneştorqbank"(“VTB”) bankı yaxın vaxtlarda Qarabağın bank bazarına daxil olacaq"- yayılan xəbərdə belə deyilir.
Xatırladaq ki, Rusiyanın adı çəkilən bankı hələ 2008-ci ildə Azərbaycana müraciət etmədən erməni işğalı altındakı Xankəndində törəmə filialını açıb. Lakin Azərbaycan Milli(indi Mərkəzi) Bankının xəbərdarlığından sonra həmin filial bağlanıb və "VTB"-nin Azərbaycanın "AF Bank"-ının səhm nəzarət paketini almasına icazə verilib. Bu minvalla "VTB" Azərbaycan bank bazarına daxil olub, onun burada filialları açılıb və hazırda da uğurla fəliyyət göstərirlər. /Moderator.az
Rusiya bankları Xankəndidə filiallarını açır? - Xəbər yayıldı
23
yanvar
15:38

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat