Dağlıq Qarabağda rus sülhməramlıları üçün daha 4 yeni modul tipli şəhərcik tikilib.
Bu barədə bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Yeni modul tipli qəsəbələrin Xankəndi və Xocavənddə istifadəyə verildiyi qeyd olunur.
Beləliklə, bu günə qədər sülhməramlı kontingentin hərbi heyəti üçün 8 qəsəbə inşa edilib.
"Modul qəsəbələrin inşası sülhməramlı heyət üçün rahat yaşayış şəraiti yaratmağa, qida, hamam və çamaşır məsələlərini yaxşılaşdırmağa imkan verib", - deyə məlumatda bildirilib.
Bu şəhərciklər enerji təchizatı, isitmə, hamam otaqları, su, kanalizasiya, mebel və məişət texnikası - bütün zəruri komponentlərlə təchiz olunmuş obyektlər sayılır.
Hər şəhərciyin ərazisində süni örtüklü idman zalı, tibb məntəqəsi, istirahət məkanı, ofis, anbar otağı, yeməkxana və dükan var.
Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul ediblər.
Rusiya Federasiyasının sülhməramlı kontingenti atəşkəsə nəzarət etmək üçün 1960 nəfərlik hərbi heyət, 90 zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnika ilə Dağlıq Qarabağda yerləşdirilib.
Qarabağda Rusiya sülhməramlıları üçün daha 4 şəhərcik salındı
01
mart
11:28

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat