Qarabağda aparılan axtarışlar nəticəsində daha üç erməni hərbçisinin qalıqları aşkarlanıb.
Bu barədə qondarma rejimin Daxili İşlər Nazirliyinin Dövlət Təcili Xidməti məlumat yayıb. Qalıqların Xocavənd bölgəsinin cənub-şərq hissəsində tapıldığı qeyd olunub.
Bildirilib ki, Füzulidə martın 16-da aparılan axtarışlar nəticə verməyib. Ümumilikdə, müharibə bitdikdən sonra Dağlıq Qarabağ ərazisindən 1502 erməni hərbçisinin qalıqları aşkarlanıb.скачать dle 12.1