İranda ötən 24 saat ərzində 94 nəfər koronavirusdan ölüb. 
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. 
Onun sözlərinə görə, bununla ölkədə COVID-19-dan ölənlərin sayı 62 759 nəfərə çatıb.
S.Sadat Lari bildirib ki, İranda ötən sutka ərzində 11 750 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə bu virusa yoluxanların sayı 1 897 314 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 989 nəfərin vəziyyəti ağır qiymətləndirilir.скачать dle 12.1