Mütəxəssislər Covid-19 epidemiyasının kollektiv immunitet formalaşması yolu ilə ortadan qalxacağını bildirib. Bunun üçün peyvəndləmə xüsusi əhəmiyyət kəsb edir.
Maraqlıdır, dünyada peyvəndləmə prosesi nə qədər davam edəcək?
ÜST-nin prezidenti Tedros Adano Qebreisus peyvəndləmə ilə bağlı açıqlama verib:
“Peyvənd pandemiyanı dayandırmaq üçün bir ümid mənbəyidir. Dünyanı tam olaraq virusdan xilas etmək üçün yalnız peyvənd ala biləcək ölkələr deyil, risk altında olan hər kəsi vaksinasiya etmək lazımdır”.
Bir çox ölkədə Covid-19-a qarşı peyvənd proqramları başlayıb. Lakin tələb və təklif arasındakı uyğunsuzluq hələ də həll olunmayıb. Dünyadakı statistik məlumatları təqdim edən "Our World in Data" veb saytına görə, bu günə qədər 138 ölkədə təxminən 565 milyon doz peyvənd tətbiq olunub. 30 mart tarixində 24 saat ərzində tətbiq olunan peyvənd 13.9 milyon doza idi. Bu rəqəmlər ilk baxışdan yüksək görünsə də, 7.8 milyarda yaxın olduğu təxmin edilən dünya əhalisinin yalnız 7.2 faizinin ən azı bir doz peyvənd vurdurduğu mənasını verir. Peyvəndləmə eyni tempdə davam edərsə, dünyadakı hər kəsin vaksinasiyası 3 ildən çox vaxt ala bilər. Onu da nəzərə almaq lazımdır ki, mövcud olan bütün peyvəndlərin virusu tam yox etməsi üçün iki doza vurulmasına ehtiyac var.
Dünyada vaksinasiya prosesi 3 ildən çox davam edəcək
02
aprel
19:16

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat