İranda ötən sutka ərzində 453 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S. Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 68 366 nəfərə yüksəlib.
O deyib ki, İranda ötən 24 saat ərzində 24092 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 2335905 nəfərə çatıb.скачать dle 12.1