Nikol Paşinyanın vəzifəsindən istefa verdiyi halda hələ də Baş nazirin səlahiyyətlərindən yararlanması Ermənistanda narazılığı artırır.
Sözügedən məsələyə etiraz edənlərdən biri də hüquq müdafiəçisi Ruben Melikyandır. O, bu gün Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edgar Qəzaryanla birlikdə Ermənistan hökumətinin qarşısında mövcud vəziyyətə etiraz edəcək.
“Sabah Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edgar Qəzaryanla birlikdə Ermənistan hökumətinin qarşısında olacağam. Edqar Qəzaryan keçmiş Baş nazir Nikol Paşinyanın istefasından sonra vəzifəsində işləməyə davam etmək hüququna malik olmadığına dair həyəcan təbili vuran ilk şəxs oldu. Qəzaryan videosunda iddiasını əsaslandırmaq üçün yeni arqumentlər təqdim edir və sabah 15.00-da hökümət binasının qarşısında olacağını bəyan edir. Mən də orada Edqar Qəzaryanın yanında olacağam”,-deyə hüquq müdafiəçisi ötən gün öz “Facebook” səhifəsində qeyd edib.скачать dle 12.1