Ermənistanda ehtiyatda olan zabitlər, polis, hərbi polis, penitensiar xidmət və digər hüquq-mühafizə orqanlarının 80-ə yaxın əməkdaşı sabiq prezident Robert Koçaryana dəstək bəyanatı ilə çıxış ediblər.
Azvision.az xəbər verir ki, onların bəyanatı erməni mediasında dərc edilib.
Bəyanatda ehtiyatda olan zabitlər, o cümlədən bir çox keçmiş polis, hərbi polis, penitensiar xidmət, ibtidai istintaq orqanları, prokurorluq, məhkəmə orqanları əməkdaşları Ermənistan və Qarabağdakı hadisələrdən dərin narahatlıqlarını ifadə ediblər.
Bildiriblər ki, mövcud hakimiyyətin səriştəsiz siyasəti nəticəsində ölkə böhran həddindədir. 2018-ci ildən bəri böyük və unudulmaz xidmətləri olan generalları əsassız cinayət təqiblərinə məruz qoyan hakimiyyət ordunu nüfuzdan salaraq dağıdıb:
"Dövlət hakimiyyətini qəsb edən kapitulyator özünün cinayətkar qrupu ilə birlikdə erməni dilini və ədəbiyyatını, tarixini, kilsəsini və erməni ailəsini məhv edir. Onlar əbədi düşmənimiz olan türklərə qarşı vətənpərvərlik siyasətini davam etdirir.
Ermənistan Respublikasının ehtiyatda olan generalları və zabitləri vətənin qurtuluşuna layiqli töhfə verməyin lazım olduğunu başa düşərək "Ehtiyatda olan zabitlər" hərəkatını yaratmağa qərar verdilər. "Ehtiyatda olan zabitlər" hərəkatı Ermənistanın ikinci prezidenti Robert Koçaryana dəstəyini ifadə edir".
Erməni generallar Paşinyana qarşı - Koçaryanı dəstəklədilər
25
may
11:22

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat