ABŞ prezidenti Co Baydeni ölümlə hədələyən şəxs saxlanılıb.
Bu barədə CNN məlumat yayıb. Bildirilib ki, 39 yaşlı Con Tornton ABŞ prezidenti Co Baydeni "ölkəyə xəyanət etdiyinə görə" ölümlə hədələyib. Federal Təhqiqat Bürosu bildirib ki, şübhəlinin mobil telefonundan təhdid mesajları və fotolar çıxıb. Onun 28 may tarixində məhkəməyə çıxarılacağı bildirilib. скачать dle 12.1