İsraildə koronavirusa yoluxmanın davamlı olaraq aşağı olması səbəbindən qapalı yerlərdə məcburi maskalar taxmaqdan başqa bütün karantin məhdudiyyətləri qaldırılıb.
Bu barədə gazeta.ru xəbər verib.
“Qalan bütün məhdudiyyətlər 1 iyun 2021-ci il tarixində bitdikdən sonra uzadılmadı. “Yaşıl keçid” zərurəti və “bənövşəyi standart” məhdudiyyətləri aradan qaldırılıb. Qapalı müəssisələrdə məcburi maska taxma əmri, başqa cür qərar verilənə qədər qüvvədə qalacaq”, - deyə İsrail Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd edək ki, “yaşıl keçid” - əvvəllər bir sıra sosial tədbirlərə və təşkilatlara qatılarkən tələb olunan peyvənd sənədi idi, “bənövşəyi standart” isə dövlət qurumları və müəssisələrin fəaliyyətini tənzimləyirdi.
O da vurğulanıb ki, daxili məhdudiyyətlərin əksəriyyətinin götürülməsinə baxmayaraq, İsrail vətəndaşlarının COVID-19 riski yüksək olan ölkələrə getməsi barədə qadağa qüvvədədir.
İsrail karantin məhdudiyyətlərini ləğv etdi
01
iyun
11:55

Qarabağ
KOMMENTLƏR
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu
- Parkinq 5 manat oldu
- “Azpulmat” – sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
- “Zeytun” dərman vasitəsini satış qiymətindən baha satıb
- Türkiyə danışıqların yeni raundunu gözləyir
- Ərdoğan yenidən sədr seçilən Kurtulmuşu qəbul etdi
- Lavrov Şahbaz Şərifin köməkçisi ilə görüşdü