Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın onun haqqında səsləndirdiyi ittihamı rədd edib.
Paşinyan Sarkisyanın ordudan oğurlanan pullları Monte Karlo qumarxanasında uduzduğunu bildirmişdi.
Paşinyan "Sarkisyan əsgərlərdən oğurlanan milyonları Monte Karlo kazinosunda uduzanda özünü güllələyərdi" söyləmişdi.
Sarkisyan prezidentliyi illərində daim “kazino oyunçusu” ittihamı ilə üzləşdiyini xatırladıb və qəzəbini boğa bilməyib.
O, Nikol Paşinyana 24 saat vaxt verib:
“Mən o vaxt cavab vermədim, çünki prezident idim. Ancaq Paşinyan artıq çox uzağa getdi. İllərdir yalan məlumatlar yayırlar. O (Nikol Paşinyan - red.) yenə boş-boş danışır. Bu əxlaqsız tipə 24 saat vaxt verirəm: ya faktları təqdim edəcək ya da özü və ailəsi haqqında elə faktları dərc etdirəcəyəm ki, cəmiyyət üzünə tüpürəcək”.
Xatırladaq ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. Seçki kampaniyası rəsmi olaraq 7 İyunda başlayıb. Kampaniya dövründə partiya liderləri bir-birinin ünvanına kəskin ittihamlar səsləndirilər.
“Məndə Paşinyanın ailəsi haqda elə faktlar var ki...“ - Sarkisyandan sensasion açıqlama
09
iyun
10:06

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi