Rusiyanın "Nordwind Airlines" aviaşirkəti Moskva və Sankt-Peterburq şəhərindən Lənkərana birbaşa aviareyslər yerinə yetirəcək.
Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, iyunun 10-dan etibarən "Nordwind" şirkəti Sankt-Peterburqdan Lənkərana birbaşa uçuşların yerinə yetirilməsinə başlayacaq: "Uçuşlar həftədə bir dəfə – cümə axşamı günləri həyata keçiriləcək. Bundan başqa, aviaşirkət iyunun 13-dən etibarən Rusiyanın paytaxtı Moskvadan da Lənkərana uçuşlar yerinə yetirəcək. Moskva-Lənkəran-Moskva reysi üzrə uçuşlar həftənin bazar günləri olacaq".
Qeyd edək ki, hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Omsk, Norilsk, Ufa , Mineralnıye Vodı, Perm, Orenburq, Krasnoyarsk və Həştərxan şəhərlərindən Bakıya uçuşlar yerinə yetirilir.
Rusiyanın iki şəhərindən Lənkərana aviareyslər açıldı
09
iyun
10:59

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat