İyunun 10-dan etibarən Rusiya Yunanıstan, Azərbaycan, Ermənistan, Qətər, Özbəkistan, Tacikistan, Misir, Serbiya, Belarus və Almaniyaya aviareyslərin sayını artırır.
RİA "Novosti" xəbər verir ki, bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə Operativ Qərargahından bildirilib.
Məlumata görə, iyunun 10-dan Belarusla Moskva-Minsk marşrutu üzrə uçuşların sayının qarşılıqlı əsasda 10-dək artırılması barədə qərar qəbul edilib. Həmçinin, iyunun 10-dan etibarən Moskva-Afina marşrutu üzrə uçuşların sayı həftədə iki dəfəyədək artırılacaq, Azərbaycan (Moskva-Bakı), Ermənistan (Moskva-İrəvan), Qətər (Moskva-Doha), Özbəkistan (Moskva-Daşkənd) və Tacikistana (Moskva-Düşənbə) əlavə reys yerinə yetiriləcək, Misir (Moskva-Qahirə) və Serbiyaya (Moskva-Belqrad) isə həftədə yeddi uçuş həyata keçiriləcək.
Bundan başqa, Moskva-Münhen aviareysi də bərpa olunacaq.
скачать dle 12.1