Türkiyənin sabiq baş naziri, “Gələcək Partiyası”nın sədri Əhməd Davudoğlunu müşayiət edən avtomobil konvoyu qəzaya uğrayıb.
Türkiyə KİV xəbər verir ki, qəza nəticəsində Davudoğlunun müavini Səma Silkin və bir nəfər yeniyetmə xəsarət alıb.
Qəza Əhməd Davudoğlunun partiyasının Kırklareli şəhərində yerləşən partiya binasının açılışından qayıdarkən baş verdiyi bildirilir.
Qəza yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları sədrin köməkçisini və yeniyetmə oğlanı dərhal xəstəxanaya çatdırıblar.



скачать dle 12.1