Dünyanın ən böyük onlayn pərakəndə satış şirkəti “Amazo”nun qurucusu Ceff Bezos baş direktor vəzifəsindən istefa verib.
Bu barədə şirkətin saytı məlumat yayıb.
Qeyd olunur ki, “Amazon”un yeni rəhbəri daha əvvəl “Web Services” şöbəsini yaradan və ona rəhbərlik edən Endi Cessi olub.
Bezosun baş direktor vəzifəsindən getmək niyyəti fevral ayından məlum idi. May ayında isə o, vəzifəsindən 5 iyulda ayrılacağını elan etdi. Xatırladaq ki, “Amazon” 1994-cü ilin həmin günü qurulub. 57 yaşlı iş adamı vəzifəsindən getdikdən sonra şirkətin idarə heyətinin sədri olaraq qalacaq və səhmlərinin 10% -dən çoxuna sahib çıxmağa davam edəcək.
Bezos, “Forbes” jurnalının siyahsına görə , 177 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı iş adamlarının siyahısına başçılıq edir. “Amazon.com” onlayn mağazası 1995-ci ilin iyulunda fəaliyyətə başlayıb. Şirkət, ABŞ-dan əlavə Kanada, Çin, Braziliya, Yaponiya və Avropa ölkələrində fəaliyyət göstərir.
"Amazo”nun qurucusu istefa verdi
05
iyul
18:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat