“Taliban” hərəkatı Türkiyəyə hərbçilərini Əfqanıstandan çıxarmaqla bağlı çağırış edib.
Bununla bağlı “Taliban” bəyanat yayıb. Bəyanatda bildirilib ki, BMT və beynəlxalq ictimaiyyətin dəstəklədiyi və Türkiyə də daxil olmaqla, əksər ölkələr tərəfindən alqışlanan "Doha" razılaşmasına əsasən, bütün xarici dövlətlərin qüvvələri Əfqanıstandan geri çəkilir:
“Ancaq razılaşmaya baxmayaraq, Türkiyə hökuməti ABŞ-la razılaşaraq öz hərbi qüvvələrini Əfqanıstanda saxlayır. Əfqanıstan İslam Əmirliyi və əfqan xalqı Türkiyə ilə tarixi, mədəni və dini əlaqələr saxlayır, lakin işğalın genişləndirilməsi, ölkəmizin daxilində Türkiyə məmurlarına qarşı kin və düşmənçilik hisslərini oyadacaq və ikitərəfli əlaqələrə zərər verəcək”.
“Taliban” Türkiyə rəhbərliyinin bu qərarını yanlış addım kimi qiymətləndirib:
“Hər hansı xarici ölkənin qüvvələrinin istənilən bir bəhanə ilə vətənimizdə qalmasını işğal kimi qəbul edirik və onlara fətva əsasında cavab veriləcək. Bu fətva əsasında son 20 ildə cihad edilib”.
Türkiyə hərbçilərinə qarşı cihada başlayacağıq - Taliban
13
iyul
12:25

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat